Premyer Liqada XII turun oyunlarının başlama saatı açıqlanıb

Premyer Liqada XII turun oyunlarının başlama saatı açıqlanıb Tura "İnter" - AZAL oyunu ilə yekun vurulacaq
Futbol
669
15 Noyabr , 2016 14:52
Premyer Liqada XII turun oyunlarının başlama saatı açıqlanıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli müəyyənləşib. 

"Report"un məlumatına görə, turun oyunları 2 gün ərzində keçiriləcək.

Tura noyabrın 19-da Qəbələdə start veriləcək. Çempionata liderlik edən eyniadlı komanda "Zirə"ni qəbul edəcək. Həmin gün şərikli lider "Qarabağ" da evində "Kəpəz"lə üz-üzə gələcək. 

Ertəsi gün əvvəlcə "Sumqayıt" "Neftçi"ni sınağa çəkəcək. Ardından "İnter"lə AZAL arasında paytaxt derbisi baş tutacaq.  

19 noyabr (şənbə)

“Qarabağ” – “Kəpəz”

“Azərsun Arena”, 18:00

“Qəbələ” – “Zirə”

Qəbələ şəhər stadionu, 15:00

20 noyabr (bazar)

“İnter” – AZAL

“İnter Arena”, 16:00

“Sumqayıt” – “Neftçi”

“Kapital Bank Arena”, 14:00 

Qeyd edək ki, bütün görüşlər "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi