Premyer Liqa: "Zirə" öz meydanında "Keşlə"yə qalib gəlib

Premyer Liqa: "Zirə" öz meydanında "Keşlə"yə qalib gəlib Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Futbol
24 Noyabr , 2019 17:02
Premyer Liqa: Zirə öz meydanında Keşləyə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda "Keşlə"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. 

Qolların hamısı ilk yarıda vurulub. Hesabı 6-cı dəqiqədə İlkin Muradova qarşı kobudluqdan sonra penalti ilə Xulio Sezar Rodriges açıb. Bundan 5 dəqiqə sonra paraqvaylı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. 35-ci dəqiqədə isə kapitan Cavid Hüseynov kombinasiyalı hücumu dəqiq zərbə ilə tamamlayıb.

"Keşlə" təsəlli qolunu ilk yarının 5-ci uzatma dəqiqəsində vurub.

İkinci hissədə isə qonaqlar azlıqda qalıb. 59-cu dəqiqədə Sezar Meza Kolli "Zirə"nin futbolçusuna bilərəkdən zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb.

Beləliklə, "Zirə" xallarını 14-ə yüksəldərək, 5-ci pilləyə yüksəlib. 19 xalı olan "Keşlə" isə 2-ci pillədə qalıb.

Qeyd edək ki, turun ilk 2 oyununda "Sumqayıt" evdə "Qarabağ"ı 2:1, "Sabah" səfərdə "Səbail"i 3:1 hesabı ilə yenib. Tura saat 17:00-da başlanacaq "Neftçi" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi