Premyer Liqa: "Zirə" "Neftçi"ni qəbul edəcək

Premyer Liqa: "Zirə" "Neftçi"ni qəbul edəcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun son oyunu keçiriləcək.
Futbol
26 Avqust , 2019 07:15
Premyer Liqa: Zirə Neftçini qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun son oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "Zirə" komandası evdə "Neftçi"ni qəbul edəcək. FİFA referisi Rəhim Həsənovun idarə edəcəyi görüş saat 21:00-da başlanacaq.

Hər iki kollektiv çempionata qələbəsiz start verib. "Zirə" səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzubsa, "Neftçi" evdə "Sabah"la heç-heçə edib - 1:1.

Azərbaycan Premyer Liqası, II tur

26 avqust (bazar ertəsi)

19:00. “Zirə” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabbarov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, II turun əvvəlki 3 qarşılaşmasında "Səbail" səfərdə "Sumqayıt"ı, "Qarabağ" "Qəbələ"ni darmadağın edib - 3:0. "Sabah" isə öz meydanında "Keşlə"yə uduzub - 0:1.

Son xəbərlər

Orphus sistemi