Premyer Liqa: "Zirə" "Neftçi"ni qəbul edəcək
- 26 avqust, 2019
- 03:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun son oyunu keçiriləcək.
"Report"un məlumatına görə, "Zirə" komandası evdə "Neftçi"ni qəbul edəcək. FİFA referisi Rəhim Həsənovun idarə edəcəyi görüş saat 21:00-da başlanacaq.
Hər iki kollektiv çempionata qələbəsiz start verib. "Zirə" səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzubsa, "Neftçi" evdə "Sabah"la heç-heçə edib - 1:1.
Azərbaycan Premyer Liqası, II tur
26 avqust (bazar ertəsi)
19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabbarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, II turun əvvəlki 3 qarşılaşmasında "Səbail" səfərdə "Sumqayıt"ı, "Qarabağ" "Qəbələ"ni darmadağın edib - 3:0. "Sabah" isə öz meydanında "Keşlə"yə uduzub - 0:1.