Premyer Liqa: "Zirə" "Keşlə"ni, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Zirə" "Keşlə"ni, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək Günün ilk matçı paytaxtda olacaq
Futbol
11 Aprel , 2021 07:30
Premyer Liqa: Zirə Keşləni, Qarabağ Sumqayıtı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq.

"Report"un məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı paytaxtda olacaq. 31 xalla 3-cü pillədə qərarlaşan "Zirə" 18 xalla sonuncu sırada yer alan "Keşlə"ni qəbul edəcək. Komandalar indiyədək çempionatda 22 dəfə üz-üzə gəliblər. Bunların 7-də meydan sahibləri, 6-da qonaqlar 3 xal qazanıb. 9 görüşdə isə heç-heçə qeydə alınıb. Bu rəqiblərin Premyer Liqadakı son 5 qarşılaşmasında ən azı 4 qol vurulub. “Keşlə” ardıcıl 3 səfər matçında "Zirə"yə uduzub.

Turun son oyununda "Qarabağ" "Sumqayıt"la üz-üzə gələcək. Hazırda 43 xalla 2-ci pillədə gedən Ağdam klubu yenidən vahid liderə çevrilməkdən ötrü uduzmamalıdır. "Gənclik şəhəri" təmsilçisi isə 29 xalla 4-cüdür.

Bu, komandaların çempionatda 35-ci oyunu olacaq. Əvvəlki 34 görüşün 24-də "köhlən atlar", 5-də isə qonaqlar qələbə qazanıb. Digər 5 matç isə heç-heçə yekunlaşıb. “Sumqayıt” son 4 Premyer Liqa oyununda rəqibinə qalib gələ bilməyib. “Qarabağ” isə ardıcıl 10 ev oyununda qələbə qazanıb.

Azərbaycan Premyer Liqası

XXII tur

17:00. “Zirə” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu

19:15. “Qarabağ” – "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Azersun Arena”

Xatırladaq ki, ilk oyun günündə "Qəbələ" "Neftçi" ilə 2:2, "Sabah" isə "Səbail" komandası ilə 0:0 hesablı heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi