Premyer Liqa: XXXIII tur bir oyunla start götürəcək
- 05 may, 2023
- 05:12
Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tura start veriləcək.
“Report”un məlumatına görə, ilk gündə bir oyun keçiriləcək.
Turun açılış matçında “Kəpəz”lə “Sabah” üz-üzə gələcəklər. Gəncə şəhər stadionunun ot örtüyündə aparılan yenidənqurma işləri davam etdiyindən, “Kəpəz” rəqibini Qəbələ şəhər stadionunda qəbul edəcək.
Minimum ikinci yeri təmin edən bakılılar çempionluq şansını davam etdirmək üçün səfərdən qalibiyyətlə dönməlidirlər. Bölgə təmsilçisi isə elitadakı yerini möhkəmlətmək üçün güclü rəqibini məğlub etməlidir.
Qeyd edək ki, mayın 6-8-də keçiriləcək turun digər oyunlarında “Şamaxı” “Zirə”ni, “Turan Tovuz” “Neftçi”ni, “Sumqayıt” “Səbail”i, “Qarabağ” isə “Qəbələ”ni qəbul edəcək.
Premyer Liqa
XXXIII tur
5 may (cümə)
18:00. “Kəpəz” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu