Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Sumqayıt" evdə "Səbail"i qəbul edib. "Kapital Bank Arena" stadionunda oynanılan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Gənclik şəhəri" təmsilçisindən qolları 9-cu dəqiqədə Stiven Pereyra, 54-cü dəqiqədə isə Vüsal İsgəndərli vurublar.
Bu qələbədən sonra xallarını 12-yə çatdıran "Sumqayıt" son pillədən xilas olaraq, 8-ci sıraya yüksəlib. Əvəzində isə 10 xalı olan "Səbail" 10-cu yerə enib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib, "Sabah" isə Gəncədə "Kəpəz"lə məhsuldar sülhə razılaşıb - 2:2. Tura dekabrın 15-də keçiriləcək "Turan Tovuz" - "Neftçi" görüşü ilə yekun vurulacaq.