Premyer Liqa: "Səbail" "Qəbələ"ni məğlub edib

Premyer Liqa: "Səbail" "Qəbələ"ni məğlub edib XXV turun daha bir oyunu keçirilib
Futbol
3 Mart , 2024 17:54
Premyer Liqa: Səbail Qəbələni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Qəbələ" "Səbail"i qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib.

"Qırmızı-qaralar"ın heyətində 13-cü dəqiqədə Urfan Abbasov, 26-cı dəqiqədə Osama Xalayla fərqləniblər. Qonaqlardan isə 58-ci dəqiqədə Yusif Nəbiyev, 65-ci dəqiqədə Rüfət Abdullazadə, 90+1-ci dəqiqədə Nir Bardea adını taploya yazdırıb.

Bundan əlavə, "Qəbələ"nin müdafiəçisi Lukas Afriko 41-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Xallarının sayını 37-yə çatdıran "Səbail" ikinci pillədə qərarlaşıb. 15 xala malik bölgə klubu sonuncudur.

Qeyd edək ki, günün ikinci görüşündə "Neftçi" "Qarabağ"ı qəbul edəcək. Daha əvvəl "Kəpəz" səfərdə "Sumqayıt"ı (3:1), "Sabah" evdə "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Zirə" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər

Orphus sistemi