Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, həftənin ikinci matçında "Sabah" "Zirə"ni qəbul edib.
Masazır qəsəbəsindəki "Bank Respublika Arena"da baş tutan oyunda hesabı qonaqlar açıb. Qəsəbə təmsilçisinin heyətində 23-cü dəqiqədə Nicat Süleymanov fərqlənib. Ancaq meydan sahibləri ilk yarıda dönüş edə biliblər. Amadu Diallo 28-ci və 44-cü dəqiqələrdə rəqibi məyus edib.
İkinci hissədə isə Süleymanov dublunu rəsmiləşdirib. O, 88-ci dəqiqədə bərabərlik qolunu vurub.
Bu heç-heçədən sonra xalını 7-yə çatdıran "Sabah" 7-ci pilləyə yüksəlib. "Zirə" isə 9 xalla 6-cə sıradadır.
Qeyd edək ki, həftənin açılış matçında "Keşlə" "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək "Sumqayıt" - "Neftçi və bazar günü baş tutacaq "Qarabağ" - "Səbail" oyunları ilə yekun vurulacaq.