Premyer Liqa: "Sabah" "Qəbələ" ilə oyunda əzmkar qələbə qazanıb

Premyer Liqa: "Sabah" "Qəbələ" ilə oyunda əzmkar qələbə qazanıb Premyer Liqa: "Sabah" - "Qəbələ
Futbol
2 Aprel , 2023 20:00
Premyer Liqa: Sabah Qəbələ ilə oyunda əzmkar qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.

"Report" xəbər verir ki, sonuncu matçda "Sabah" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

Görüşdə ilk qol 9-cu dəqiqədə vurulub. Qonaqların oyunçusu İlkin Qırtımov avtoqol müəllifi olub. 21-ci dəqiqədə Ülvi İsgəndərov əyalət təmsilçisinin bərabərlik qoluna imza atıb. Altı dəqiqə sonra Feras Abu Akal "qırmızı-qaralar"ı önə keçirib.

86-cı dəqiqədə Coy Lens Mikels tarazlığı bərpa edib. 90+5-ci dəqiqədə Aleksey Kaşuk qələbə qolunu vurub.

Xallarının sayını 65-ə çatdıran paytaxt klubu ikinci, 36 xalı olan "Qəbələ" 5-ci yerdədir.

Qeyd edək ki, günün ilk oyununda "Qarabağ" səfərdə "Şamaxı"nı yenib. Turun əvvəlki oyunlarında "Sumqayıt" "Turan Tovuz"u 3:2, "Kəpəz" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Zirə" - "Neftçi" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

16:48

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turunda üz-üzə gələcək "Sabah" və "Qəbələ"nin heyətləri açıqlanıb.

"Report" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

“Sabah”: 12. Yusif İmanov 4. Elvin Camalov (k) 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 15. Kristian da Silva 7. Boyan Letiç 20. Coy Lens Mikels 3. Zurab Oçiqava 18. Davit Volkov 19. Con İrasabal 8. Aleksey Kaşuk

Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev 16. Rustam Samigullin 14. Bəxtiyar Həsənalızadə 77. Namik Ələskərov 9. Anatoli Nuriyev 21. İldar Alekperov 33. Camal Cəfərov 22. Seymur Məmmədov 13. Abdulaye Ba 99. Emmanuel Apeh

Baş məşqçi: Murad Musayev

“Qəbələ”: 1. Səlahət Ağayev 2. İlkin Qırtımov 27. Məqsəd İsayev 14. Ülvi İsgəndərov 7. Rövlan Muradov 91. Ramon Maçado 4. Ruan Renato (k) 5. İsnik Alimi 97. Felipe Santos 6. Feras Abu Akal 9. Əyyub Allaş

Ehtiyat oyunçular: 13. Kristof Atanqana 36. Elməddin Sultanov 11. Asif Məmmədov 34. Urfan Abbasov 28. Murad Musayev 33. Hüseyn Mürsəlov 77. Emil Səfərov 16. Nicat Əliyev 17. Yaovi Akakpo 10. Omar Hani 8. Andrey Strijak

Baş məşqçi: Elmar Baxşıyev

Qeyd edək ki, bu gün oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi