Premyer Liqa: "Sabah" "Qəbələ" ilə qarşılaşacaq

Premyer Liqa: "Sabah" "Qəbələ" ilə qarşılaşacaq Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.
Futbol
13 Sentyabr , 2020 07:25
Premyer Liqa: Sabah Qəbələ ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.

"Report" xəbər verir ki, turun son matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək.

Paytaxt təmsilçisi ilk turda "Qarabağ"a 0:2 hesabı ilə uduzub. "Qəbələ" isə "Zirə" ilə heç-heçə edib - 1:1.

Komandalar indiyədək Premyer Liqada 7 dəfə üz-üzə gəliblər. Hər kollektiv 3 dəfə qələbə qazanıb, bir oyunda isə qalib müəyyənləşməyib. Topların fərqi də bərabərdir - 7:7.

Son iki oyunda paytaxt klubu meydanı 3 xalla tərk edib. “Qəbələ” rəqibinə qarşı ardıcıl son üç matçda qol vura bilib.

Azərbaycan Premyer Liqası, II tur

19:00. Sabah” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov

Hakim-inspektor: Fariz Yusifov

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Bank Respublika Arena”

Qeyd edək ki, turun digər matçlarında "Sumqayıt" "Neftçi"ni 2:0, "Zirə" "Səbail"i 2:1 hesabı ilə məğlub edib. "Qarabağ" isə "Keşlə" ilə oyunda qolsuz bərabərliyə razı olub.

Son xəbərlər

Orphus sistemi