Premyer Liqa: "Sabah" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

Premyer Liqa: "Sabah" - "Qarabağ" oyununun hakimləri açıqlanıb Azərbaycan Premyer Liqasında XXX turun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Futbol
13 Aprel , 2023 18:45
Premyer Liqa: Sabah - Qarabağ oyununun hakimləri açıqlanıb

Azərbaycan Premyer Liqasında XXX turun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması olan "Sabah" - "Qarabağ" görüşü Tural Qurbanova tapşırılıb.

"Neftçi" - "Qəbələ" matçında isə ədaləti Kamranbəy Rəhimov qoruyacaq.

Azərbaycan Premyer Liqası
XXX tur

14 aprel (cümə)

17:30. "Zirə" - "Səbail"
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu

20:00. "Neftçi" - "Qəbələ"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"​​​​Bakcell Arena".

15 aprel (şənbə)

16:00. "Kəpəz" - "Turan Tovuz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu

16 aprel (bazar)

16:00. "Şamaxı" - "Sumqayıt"
Hakimlər:
Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu

19:00. "Sabah" - "Qarabağ"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Barış Şimşək
AFFA nümayəndəsi: Emin Cəfərov
"Bank Respublika Arena".

Son xəbərlər

Orphus sistemi