Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub

Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub Azərbaycan Premyer Liqasının XXVII turunun bağlanış oyununda üz-üzə gələcək "Qəbələ" və "Şamaxı"nın start heyətləri bəlli olub.
Futbol
17 mart 2023 14:52
Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub

Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub.

"Report"un məlumatına görə, XXVII turun və dövrənin son matçında "Qəbələ" "Şamaxı"nı qəbul edib. Bölgə təmsilçilərinin dueli "qırmızı-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin hər iki qolunu Əyyub Allaş vurub. Belçikalı hücumçu 19 və 45+1-ci dəqiqələrdə fərqlənib.

33-cü dəqiqədə Qəbələnin eyniadlı təmsilçisi ciddi itki ilə üzləşib. Rafael Utziq zədələnərək meydanı tərk edib.

Bu qələbə ilə xallarını 36-ya çatdıran "Qəbələ" 5-ci pillədəki mövqeyini qoruyub. 20 xalı olan "Şamaxı" isə 9-cu sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" səfərdə "Sumqayıt"ı 6:0, "Sabah" "Zirə"ni 2:0 hesabı ilə məğlub edib, "Səbail" evdə "Turan Tovuz"la 1:1, "Neftçi" isə "Kəpəz"lə 2:2 hesablı heç-heçəyə razılaşıb.

15:57

Azərbaycan Premyer Liqasının XXVII turunun bağlanış oyununda üz-üzə gələcək "Qəbələ" və "Şamaxı"nın start heyətləri bəlli olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qəbələ": 1. Səlahət Ağayev, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 33. Hüseyn Mürsəlov, 91. Ramon Maçado, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

"Şamaxı": 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 90. Əli Səmədov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi