Premyer Liqa: "Qarabağ" "Zirə"nin qonağı olacaq

Premyer Liqa: "Qarabağ" "Zirə"nin qonağı olacaq Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun son oyunu keçiriləcək.
Futbol
23 Sentyabr , 2019 07:15
Premyer Liqa: Qarabağ Zirənin qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun son oyunu keçiriləcək.

"Report"un məlumatına görə, lider "Qarabağ" "Zirə"nin qonağı olacaq. Zirə Olimpiya Kompleksinin stadionunda təşkil ediləcək qarşılaşmanı FIFA referisi Rauf Cabbarov idarə edəcək.

Meydan sahibləri qalib gələcəkləri təqdirdə, xallarını 10-a çatdıraraq 3-cü pilləyə yüksələcək. "Qarabağ" qələbə qazanacağı təqdirdə isə xallarını 15-ə çatdıraraq, ən yaxın izləyicisi "Səbail"i 5 xal geridə qoyacaq.

İki komanda indiyədək 16 dəfə qarşılaşıb. "Zirə" heç bir görüşdə qalib gələ bilmədiyi halda 12 dəfə uduzub və cəmi 4 heç-heçə edib. “Qarabağ” son üç qarşılaşmada qol buraxmayıb. Topların nisbəti isə 6:33-dür.

Azərbaycan Premyer Liqası, V tur

23 sentyabr

19:00. “Zirə” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Erkin Hüseynov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun ilk 3 oyununda "Sumqayıt" "Sabah"ı 1:0 hesabı ilə yendiyi halda, "Səbail" "Qəbələ" ilə 1:1, "Neftçi" "Keşlə" ilə 0:0 hesablı heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi