Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ" "Sabah"la üz-üzə gələcək.
"Report"un məlumatına görə, "Azərsun Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 15 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 14 xalla dördüncüdür.
Günün ilk görüşündə "Turan Tovuz" "Şamaxı"nın qonağı olacaq. Bu qarşılaşma saat 16:00-da başlayacaq. Tovuz təmsilçisi 14 xalla beşinci, bir oyun az keçirən meydan sahibləri 11 xalla altıncıdır.
Azərbaycan Premyer Liqası
VIII tur
29 sentyabr
16:00. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu
19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Rəvan Həmzəzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Azərsun Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Səbail"i 3:2, "Zirə" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. "Neftçi" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 1:1.