Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Futbol
  • 24 noyabr, 2023
  • 17:55
Premyer Liqa: Qarabağ Sabahı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

"Report"un məlumatına görə, günün yeganə matçında "Qarabağ" "Sabah"ın qonağı olub.

"Bank Respublika Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

32-ci dəqiqədə meydan sahiblərindən Emmanuel Apeh 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. "Köhlən atlar"da Toral Bayramov 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. İki dəqiqə sonra Nəriman Axundzadə komandasının ikinci qoluna imza atıb. 63-cü dəqiqədə Cesse Sekidika "bayquşlar"ın təsəlli qolunun müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Sabah" 16 xalla 7-cidir.

Qeyd edək ki, turun digər görüşləri 25-26 noyabrda olacaq.

44 - Tezliklə