Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək "ağ-qaralar" 47 xalla üçüncü sıradadır
Futbol
20 Aprel , 2024 09:00
Premyer Liqa: Qarabağ Qəbələni, Zirə Neftçini qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, ilk olaraq çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. "Köhlən atlar"ın 72 xalı var, "qırmızı-qaralar" 16 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.

Günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Meydan sahibləri 46 xalla dördüncü, "ağ-qaralar" 47 xalla üçüncüdür.

Azərbaycan Premyer Liqası

XXXI tur

20 aprel

16:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tofiq Bəhramov adına Respublika stadionu

19:00. “Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, ötən gün "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi