Premyer Liqa: "Qarabağ" evdə "Səbail"ə qalib gəlib
Futbol
- 06 aprel, 2024
- 18:02
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, günün ikinci matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə bitib. İlk qolu 7-ci dəqiqədə qonaqlardan Nir Bardea vurub. 15 və 40-cı dəqiqələrdə Yasin Benzianın dublu sayəsində Ağdam təmsilçisi fasiləyə üstün yollanıb.
69-cu dəqiqədə Toral Bayramov, 90-cı dəqiqədə isə Nəriman Axundzadə meydan sahiblərinin üstünlüyünü möhkəmləndirib. Paytaxt klubunun ikinci hissədə yeganə qoluna 88-ci dəqiqədə Rüfət Abdullazadə imza atıb.
Qeyd edək ki, günün ilk qarşılaşmasında "Turan Tovuz" evdə "Sabah"ı 2 cavabsız qolla məğlub edib. Tura sabah yekun vurulacaq.
Son xəbərlər
05:49
Kolumbiya İranla diplomatik münasibətləri kəsib
Digər ölkələr05:24
Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb
Region04:53
Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
Xarici siyasət04:25
Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
Digər ölkələr03:56
Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
Digər ölkələr03:17
Pezeşkian hər şeyə rəğmən, İranın ABŞ ilə razılaşmaya hazır olduğunu bildirib
Region02:54
Paşinyan Ermənistanda sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyə"nin qidalandırıldığını etiraf edib
Region02:27
İzmirdə 56 qanunsuz miqrant saxlanılıb
Region01:57