Premyer Liqa: "Neftçi" "Zirə"ni məğlub edib

Premyer Liqa: "Neftçi" "Zirə"ni məğlub edib XXIII turun daha bir oyunu keçirilib
Futbol
18 fevral 2024 15:57
Premyer Liqa: Neftçi Zirəni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 11-ci dəqiqədə Ervin Koffi vurub.

Bu nəticədən sonra xallarının sayınə 35-ə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Qartallar" 32 xalla dördüncüdür.

Qeyd edək ki, günün ilk matçında "Sumqayıt" evdə "Turan Tovuz"la qolsuz heç-heçə edib. Ötən gün "Sabah" "Kəpəz"i üstələyib - 3:2. "Səbail" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2. Turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi