Premyer Liqa: "Neftçi" "Sumqayıt"a, "Qarabağ" "Keşlə"yə qarşı

Premyer Liqa: "Neftçi" "Sumqayıt"a, "Qarabağ" "Keşlə"yə qarşı Matçlardan 3-ü eyni saatda başlayacaq
Futbol
14 May , 2021 07:30
Premyer Liqa: Neftçi Sumqayıta, Qarabağ Keşləyə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.

"Report"un məlumatına görə, matçlardan 3-ü eyni saatda başlayacaq.

Günün ilk matçında isə "Qəbələ" "Sabah"ı qəbul edəcək. 25 xala malik komandalar 5-6-cı yerləri bölüşdürür. Sadəcə, "Sabah" ikili oyunlarda daha üstündür. "Qəbələ" turnir cədvəlində irəlimək üçün mütləq qalib gəlməlidir.

İki komanda Premyer Liqada 10 dəfə üz-üzə gəlib. Bunların 4-də əyalət təmsilçisi, 5-də isə paytaxt klubu qələbə qazanıb. Topların nisbətində də "Sabah"ın üstünlüyü var - 12:10. Qonaqlar rəqibinə qarşı 5 oyundur meydanı qolsuz tərk etmir. Qəbələdəki son iki görüşdə 3 qol qeydə alınıb.

Çempionluğa iddialı komandalardan "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. "Ağ-qaralar" 53 xala malik lider "Qarabağ"dan bir xal geridədir. "Gənclik şəhəri" təmsilçisi 36 xalla üçüncüdür.

Çempionatdakı 34 oyundan 16-da flaqman, 14-də meydan sahibləri meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Neftçi" üstündür - 42:52. Qonaqlar Premyer Liqadakı son 4 oyunda qələbə qazana bilmir. “Sumqayıt” öz meydanındakı son 4 matçdan qalib ayrılmayıb.

Hazırda 54 lider olan son ölkə çempionu "Qarabağ" 23 xalla sonuncu - 8-ci pillədə gedən "Keşlə"ni qəbul edəcək. Bu, komandaların Premyer Liqada 66-cı dueli olacaq. Əvvəlki 65 qarşılaşmanın 30-da Ağdam klubu, 13-də paytaxt təmsilçisi qələbə qazanıb. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 83:42. “Qarabağ” son 10 oyunda rəqibinə uduzmayıb. Ağdamlıların son 4 ev matçında 3 və ya daha çox qol vurulub.

Günün digər görüşündə "Zirə" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 35 xalla 4-cü, "dənizçilər" isə 24 xalla 7-ci sıradadır. Çempionatda 14 oyunun 7-də "qartallar", 3-də isə qonaqlar 3 xal qazanıb. Topların nisbətində "Zirə" üstündür - 17:8. Komandalar arasında son iki Premyer Liqa matçında qol vurulmayıb. “Səbail” 5 oyundur rəqibinə qalib gələ bilmir.

Azərbaycan Premyer Liqası, XXVII tur
14 may (cümə)

17:00. “Qəbələ” –“Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu

19:00. “Zirə” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu

19:00. “Qarabağ” – “Keşlə”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kərim Ağayev
“Azersun Arena”

19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Kapital Bank Arena”.

Son xəbərlər

Orphus sistemi