Azərbaycan çempionatı: "Neftçi" "Qarabağ"ı məğlub edib

Azərbaycan çempionatı: "Neftçi" "Qarabağ"ı məğlub edib Flaqman Əsgər Abdullayevin rəhbərliyi altında 2-ci qələbəsini qazanıb
Futbol
29 Noyabr , 2015 19:04
Azərbaycan çempionatı: Neftçi Qarabağı məğlub edib

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasının XIV turunun növbəti görüşü keçirilib.

"Report"un məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Qarabağ"ı qəbul edib.

Oyunun ilk hissəsində komandalar bir neçə dəfə fərqlənmək şansı qazanıblar. Lakin nə Aqil Məmmədov, nə də İbrahim Şehiç hesabın açılmasına icazə verməyib. Ancaq "Qarabağ" 2 dəfə rəqib qapısına yol tapıb. Oyunun baş hakimi Ömər Paşayev İlqar Qurbanovun vurduğu heç bir qolu qeydə almayıb. Buna futbolçunun oyundankənar vəziyyətdə olması səbəb göstərilib. İlk 45 dəqiqə qolsuz bərabərliklə yekunlaşıb.

İkinci hissədə də azarkeşlər sürətli oyunun şahidi olublar. Oyunda ilk qol 65-ci dəqiqəyə təsadüf edib. Cərimə meydançası yaxınlığında "Neftçi"nin futbolçusuna qarşı edilən kobudluğu Rəhman Hacıyev bağışlamayıb. Cərimə zərbəsini yerinə yetirmək üçün topa yaxınlaşan Hacıyev topu birbaşa Şehiçin qoruduğu qapıya göndərib - 1:0.

Oyunun əsas vaxtı bu hesabla da yekunlaşıb. Əlavə 4 dəqiqə ərzində isə tərəflər fərqlənə bilməyiblər və Paşayevin final fiti "Neftçi"yə 3 xal qazandırıb.

Qeyd edək ki, turnir cədvəlinin vahid lideri olan "Qarabağ" oyunu xalsız tərk etməsinə baxmayaraq mövqeyini qoruyur. "Neftçi" isə 3 xal sayəsində 19 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi