Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, həftənin üçüncü matçında "Neftçi" "Keşlə"ni qəbul edib.
"Bakcell Arena"da baş tutan görüşün ilk yarısında hesab açılmayıb. Birinci hissədə əsas diqqət çəkən məqam meydan sahiblərinin azlıqda qalması olub. "Ağ-qaralar"ın yeni transferi Donald Gerye 34-cü dəqiqə ikinci dəfə sarı vərəqə alıb və meydanı tərk edib.
Qarşılaşmanın ikinci hissəsində də tarazlıq pozulmadığından tərəflər 1 xalla kifayətləniblər.
Xalını 7-ə çatdıran "Keşlə" "Zirə" ilə 3-4-cü yerləri bölüşür. "Neftçi" isə 5 xalla 6-cı yerdədir.
Qeyd edək ki, ilk oyun günündə "Sumqayıt" "Sabah"ı 1:0 hesabı ilə məğlub edib. "Səbail" isə evdə "Qəbələ" ilə bərabərə qalıb - 1:1. Tura sabah keçiriləcək "Zirə" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq.