İngiltərə Premyer Liqası təmsilçisi "Lester"in əsas futbolçularından olan Abdul Fatavu ciddi zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
"Report" "France24"ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stiv Kuper bildirib.
20 yaşlı vinger Qana millisinin heyətində Anqolaya qarşı matçda çarpaz bağlarından zədə alıb. Əməliyyat olunan yarımmüdafiəçi mövsümü vaxtından əvvəl başa vurub. S.Kuper jurnalistlərə açıqlamasında onun zədəsinin komandanı çətin vəziyyətdə qoyduğunu söyləyib.
Qeyd edək ki, A.Fatavu geridə qalan 11 turun hamısında meydana çıxıb. "Lester" hazırda turnir cədvəlində 10 xalla 15-ci pillədə qərarlaşıb.