Premyer Liqa klubu "Qarabağ"ın sabiq futbolçusunu transfer edib

Premyer Liqa klubu "Qarabağ"ın sabiq futbolçusunu transfer edib Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" heyətinə yeni futbolçu qatıb.
Futbol
24 İyun , 2022 18:15
Premyer Liqa klubu Qarabağın sabiq futbolçusunu transfer edib

Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" heyətinə yeni futbolçu qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" "Şamaxı"dan ayrılan yarımmüdafiəçi Rafael Məhərrəmlini transfer edib.

23 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Rafael Məhhərəmli daha əvvəl "Qarabağ" və "Zirə"də də çıxış edib.

Son xəbərlər

Orphus sistemi