Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”a qalib gəlib
Futbol
- 05 aprel, 2024
- 17:55
Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
“Report”un məlumatına görə, açılış oyunu “Liv Bona Dea Arena”da keçirilib.
Günün yeganə matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Görüşdə hesabı ev sahibləri açıblar. 16-cı dəqiqədə Miço Kuzmanoviç fərqlənib. Lakin fasilədən sonra gəncəlilər geridönüş etməyi bacarıblar. Əvvəlcə 54-cü dəqiqədə Martins Junior adını tabloya yazdırıb. 8 dəqiqə sonra isə Mate Kvirkviya adını tabloya yazdırıb.
Beləliklə, səfərdə 2:1 hesablı qələbə qazanan “Kəpəz” elitada qalmaq yolunda daha bir önəmli addım atıb. Gəncəlilər xallarının sayını 30-a çatdıraraq, 9-cu pillədəki mövqelərini qoruyublar. “Araz-Naxçıvan” isə 32 xalla 8-ci yerdə qalıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 6-7-də keçiriləcək.
Son xəbərlər
20:23
Foto
Cüdo üzrə böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
Fərdi20:21
Yossi Fuks: İsrail HƏMAS-a tərk-silah üçün 60 gün verəcək
Digər ölkələr20:14
Ukrayna və ABŞ "Patriot"un alınması üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadəni müzakirə edib
Digər ölkələr20:08
"Serbian News": Serbiya Azərbaycanın investisiyaları sayəsində enerji təhlükəsizliyini möhkəmləndirəcək
Energetika20:03
Şəkidə epilepsiya xəstəsi kanala düşərək ölüb
Hadisə19:58
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub
İncəsənət19:56
İtaliya Qəzzada polis qüvvələrinin təlimində iştirak etməyə hazır olduğunu bildirib
Digər ölkələr19:47
Madaqaskarda qasırğa nəticəsində ölənlərin sayı 59-a çatıb
Digər ölkələr19:42