Premyer Liqa: bu gün autsayderlər Gəncədə üz-üzə gələcəklər, “Zirə” səfər oyununa çıxacaq

Premyer Liqa: bu gün autsayderlər Gəncədə üz-üzə gələcəklər, “Zirə” səfər oyununa çıxacaq Bu gün Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.
Futbol
1 oktyabr 2023 05:16
Premyer Liqa: bu gün autsayderlər Gəncədə üz-üzə gələcəklər, “Zirə” səfər oyununa çıxacaq

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.

“Report”un məlumatına görə, son gündə iki oyun keçiriləcək.

İlk görüş Gəncədə baş tutacaq. Autsayderlər “Kəpəz”lə “Qəbələ” birincilərin meydanında üz-üzə gələcəklər. “Qırmızı-qaralar” səfərdə qalib gəlməklə sonuncu pillədən qurtula bilər.

Lider “Zirə” mövsümə gözlənilməz nəticələrlə başlayan “Araz-Naxçıvan”ın qonağı olacaq. “Qartallar” vahid liderliyi əldən verməmək üçün “Dalğa Arena”dakı qarşılaşmada ən azı 1 xal almalıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Sumqayıt”ı 5:0, “Neftçi” “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib, “Səbail”lə “Sabah” (2:2) bərabərə qalıblar.

Premyer Liqa
VIII tur
1 oktyabr (bazar)

16:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Gəncə şəhər stadionu

18:30. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Dalğa Arena”

N

Klublar

O

Q

H

M

T-F

X

1

Zirə

7

5

1

1

7-3

16

2

Qarabağ

8

5

1

2

16-6

16

3

Səbail

8

4

2

2

14-11

14

4

Neftçi

8

3

3

2

7-5

12

5

Turan Tovuz

8

3

2

3

11-9

11

6

Araz-Naxçıvan

7

3

1

3

7-8

10

7

Sumqayıt

7

2

2

3

7-10

8

8

Sabah

7

1

3

3

10-11

6

9

Kəpəz

7

1

2

4

5-11

5

10

Qəbələ

7

1

1

5

5-15

4

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) - 5 qol, Aleksandr Ramalinqom (“Səbail”) - 4 qol

Orphus sistemi