Portuqaliyalı futbolçu: "Kəpəz" rəhbərliyi avrokuboka görə hamını qovdu"

Portuqaliyalı futbolçu: "Kəpəz" rəhbərliyi avrokuboka görə hamını qovdu" "Kəpəz"də aylıq maaşım 6 min avro idi"
Futbol
17 Mart , 2021 14:26
Portuqaliyalı futbolçu: Kəpəz rəhbərliyi avrokuboka görə hamını qovdu
Serjinyo Karneyru

"Bir il Portuqaliyanın "Trofense" klubunda çıxış edərkən maaş almadım və orada oynamağın çətinliyini qəbul etdim".

"Report" xəbər verirk ki, bunu "Kəpəz"in sabiq futbolçusu Serjinyo Karneyru "Maisfutebol" nəşrinə müsahibəsində deyib.

Karyerasını başa vuran yarımmüdafiəçi 2016-cı ildə Gəncə təmsilçisinə "Portu"nun və "Setubal"ın sabiq futbolçusu Joau Kostanın məsləhəti ilə keçdiyini söyləyib: "Əslində bu ölkəyə 2013-cü ildə gedə bilərdim. Ancaq keçidim 2016-ci ildə alındı. Əvvəl qazana biləcəyim pulun yarısına razılaşdım. "Kəpəz"də aylıq maaşım 6 min avro idi. Amma "Trofense"də bir qəpik qazanmadım. Avropa Liqasına vəsiqə qazanmadığımız üçün rəhbərlik hamını qovdu".

Qeyd edək ki, Serjinyo 2016/17 mövsümündə “Kəpəz”in formasını geyinib.

Son xəbərlər

Orphus sistemi