Bakı. 18 may.
47 yaşlı mütəxəssis komandasının taktiki gedişlərdən yaxşı istifadə etmələri nəticəsində qol buraxmadıqlarını bildirib: "Gördüyümüz bütün işlər bizi finala qədər gətirdi. Bunu hər oyunda həyata keçirmək çox çətindir. Bir daha söyləmək istəyirəm ki, biz çox güclü komandayıq".
H.Souza finalda hansı komanda ilə qarşılaşmaq istədikləri ilə bağlı sualı isə belə cavablandırıb: "Uduzan komanda ilə görüşmək istərdim (gülür - red.). Təbii ki, bu, bir zarafatdır. Bizim üçün hansı komandanın finala çıxması önəmli deyil. Ancaq meydana böyük şərəflə çıxacağıq. Komandamızın çempion olması üçün bu böyük şansdır. Federasiya bizə böyük dəstək verir. Onlar bizim üçün hər cür şəraiti yaradıblar. Aprelin 25-dən təlim-məşq toplanışındayıq. Biz onlara öz təşəkkürümüzü bildiririk".
Qeyd edək ki, Portuqaliya millisinin finaldakı rəqibi saat 20:00-da start götürəcək Almaniya-İspaniya oyununun qalibi olacaq. Çempionluq qarşılaşması isə mayın 21-də "Bakcell Arena"da baş tutacaq.