Portuqaliya yığmasında itki: Avropa çempionatını buraxacaq

Portuqaliya yığmasında itki: Avropa çempionatını buraxacaq İngiltərənin "Vulverhempton" klubunun və Portuqaliya yığmasının futbolçusu Pedru Netu diz kasacığından zədə alıb
Futbol
13 Aprel , 2021 00:50
Portuqaliya yığmasında itki: Avropa çempionatını buraxacaq
Pedru Netu

İngiltərənin "Vulverhempton" klubunun və Portuqaliya yığmasının futbolçusu Pedru Netu diz kasacığından zədə alıb.

"Report"un Sky Sports"a istinadən məlumatına görə, 21 yaşlı hücumçu yaxın vaxtlarda əməliyyat olunacaq. Gənc forvard bu səbəbdən, mövsümün qalan hissəsini buraxacaq.

Netu Premyer Liqada XXXI turun "Fulhem"ə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə xəsarət alıb və 33-cü dəqiqədə əvəzlənməli olub. O, Portuqaliya yığmasına Avropa çempionatında kömək edə bilməyəcək. Hücumçu millidə 2020-ci ilin noyabrında debüt edib və 3 oyuna 1 qol vurub. Oyunlardan biri martın 24-də Azərbaycana qarşı dünya çempionatının seçmə mərhələsi qarşılaşmasına təsadüf edib. İstedadlı oyunçu 63 dəqiqə meydanda olub.

Qeyd edək ki, Pedru Netu 2020/2021 mövsümündə Premyer Liqada 31 matçda 5 qol və 6 məhsuldar ötürmə müəllifi olub. O, "Vulverhempton"a 2019-cu ilin avqustunda İtaliya "Latsio"sundan 17,9 milyon avroya keçib. Hazırda "Transfermarkt" Netuya 35 milyon avro qiymət qoyub.

Son xəbərlər

Orphus sistemi