Portuqaliya yığmasında ciddi itki: Millimizlə oyunu buraxacaq

Portuqaliya yığmasında ciddi itki: Millimizlə oyunu buraxacaq Portuqaliya milli komandası futbol üzrə dünya çempionatının seçmə mərhələsinin startı ərəfəsində ciddi itki ilə üzləşib.
Futbol
21 Mart , 2021 11:49
Portuqaliya yığmasında ciddi itki: Millimizlə oyunu buraxacaq
Ruy Patrisiu

Portuqaliya milli komandası futbol üzrə dünya çempionatının seçmə mərhələsinin startı ərəfəsində ciddi itki ilə üzləşib.

"Report"un Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, qapıçı Ruy Patrisiu heyətdən çıxarılıb. O, "Vulverhempton"un heyətində ""Liverpul"a qarşı İngiltərə Premyer Liqası matçında başından aldığı zədədən hələ bərpa olunmayıb və hazırda müalicəsini davam etdirir. 33 yaşlı qolkiperin əvəzinə Yunanıstan "Olimpiakos"undan Joze Saya dəvət göndərilib. Qalan qapıçılar - Entoni Lopes ("Lion", Fransa) və Rui Silvanın ("Qranada", İspaniya) isə heç bir problemi yoxdur.

Qeyd edək ki, Portuqaliya yığması martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda Azərbaycan millisi ilə üz-üzə gələcək. Fernandu Santuşun baş məşqçi olduğu kollektiv martın 27-də Serbiyanın, martın 31-də isə Lüksemburqun qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi