Portuqaliya millisinin keçmiş futbolçusu oğurlanmış formasını avtoqraf verərkən tapıb

Portuqaliya millisinin keçmiş futbolçusu oğurlanmış formasını avtoqraf verərkən tapıb İngiltərənin "Mançester Yunayted" klubunun və Portuqaliya millisin keçmiş futbolçusu Nani azarkeşə avtoqraf verərəkən oğurlanmış formasını tapıb.
Futbol
18 Oktyabr , 2024 17:47
Portuqaliya millisinin keçmiş futbolçusu oğurlanmış formasını avtoqraf verərkən  tapıb

İngiltərənin "Mançester Yunayted" klubunun və Portuqaliya millisinin keçmiş futbolçusu Nani oğurlanmış formasını azarkeşə avtoqraf verərəkən tapıb.

"Report"un BBC-yə istinadən məlumatına görə, azarkeşlərdən biri "Eştrela"nın məşqindən sonra Naniyə yaxınlaşaraq avtoqraf verməsini xahiş edib.

Futbolçu imza atmaq üçün təqdim olunan köynəyi görəndə, onun oğurlandığını iddia edib. Azarkeş 37 yaşlı futbolçunun 2016-cı ildə Avropa çempionluğu zamanı geyindiyi formanı elan saytından satın aldığını deyib. Nani isə bunun şəxsi forması olduğunu və bir müddət öncə oğurlandığını söyləyib.

Zərərçəkmiş köynəyi geri qaytarmaq və ya heç olmasa, ona xərclənən pulu geri almaq məqsədilə polisə müraciət edib. Həmçinin satıcıdan polisə ifadə verməsini tələb edib.

Qeyd edək ki, Portuqaliya millisinin heyətində 2016-cı ildə Avropa çempionu olan Nani yığmada meydana çıxdığı 112 oyunda 23 qolla yadda qalıb.

Son xəbərlər

Orphus sistemi