Portuqaliya millisinin baş məşqçisi: Fransisko Konseysao qələbə qazanmağın ən yaxşı nümunəsidir

Portuqaliya millisinin baş məşqçisi: Fransisko Konseysao qələbə qazanmağın ən yaxşı nümunəsidir Fransisko Konseysao qələbə qazanmağın ən yaxşı nümunəsidir.
Futbol
19 İyun , 2024 02:10
Portuqaliya millisinin baş məşqçisi: Fransisko Konseysao qələbə qazanmağın ən yaxşı nümunəsidir

Fransisko Konseysao qələbə qazanmağın ən yaxşı nümunəsidir.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində qarşılaşdıqları Çexiya komandası ilə oyun haqda danışarkən deyib.

Mütəxəssis 90+2-ci dəqiqədə qələbə qolunu vuran Fransisko Konseysao barədə müsbət fikirlər səsləndirib: "Bu gün bizim üçün çətin oyun oldu. Ancaq qələbə qazanmağa layiq idik. Fransisko yığmaya kömək etməyə hazır olduğunu göstərdi. Çox yetkin oyunçudur və hər an təhlükə yaratmağa qadirdir. O, klubu üçün son aylarda etdiklərini milli üçün də həyata keçirir. Xarakterini və dəyərini göstərdi".

Qeyd edək ki, Portuqaliya - Çexiya matçı birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi