Portuqaliya millisinin 5 futbolçusu rəmzi yığmada - SİYAHI

Portuqaliya millisinin 5 futbolçusu rəmzi yığmada - SİYAHI UEFA Millətlər Liqasında 2019 mövsümünün final mərhələsinin rəmzi yığmasını açıqlayıb.
Futbol
188
9 İyun , 2020 13:42
Portuqaliya millisinin 5 futbolçusu rəmzi yığmada - SİYAHI

UEFA Millətlər Liqasında 2019 mövsümünün final mərhələsinin rəmzi yığmasını açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda turnirin qalibi olan Portuqaliya millisinin 5 futbolçusu yer alıb.

Ən yaxşı "11-lik"də digər finalçı Niderland yığmasının 4 üzvünə yer verilib. Heyətdə İngiltərə və İsveçrə seçmələrindən isə ümumilikdə 2 futbolçunun adı var.

Rəmzi heyət aşağıdakı kimidir:

Qapıçı: Cordan Pikford (İngiltərə)

Müdafiəçilər: Nelson Semedu, Ruben Dias (hər ikisi Portuqaliya), Vircil van Deyk, Deyli Blind (hər ikisi Niderland)

Yarımmüdafiəçilər: Brunu Fernandeş (Portuqaliya), Frenki de Yonq, Corcinyo Veynaldum (hər ikisi Niderland) 

Hücumçular: Cerdan Şakiri (İsveçrə), Bernardu Silva, Kriştianu Ronaldu (hər ikisi Portuqaliya)

Turnirin ən yaxşı futbolçusu adına isə Bernardu Silva layiq görülüb.

Qeyd edək ki, Millətlər Liqasının finalında Portuqaliya Niderlandı 1:0 hesabı ilə yenib.  

Orphus sistemi