Portuqaliya millisi Bakıya itki ilə gələcək

Portuqaliya millisi Bakıya itki ilə gələcək Portuqaliya millisinin futbolçusu Qonsalu İnasio 2022-ci il dünya çempionatının qarşıdakı seçmə mərhələ oyunlarını buraxacaq
Futbol
31 Avqust , 2021 12:11
Portuqaliya millisi Bakıya itki ilə gələcək
Qonsalu İnasio

Portuqaliya millisinin futbolçusu Qonsalu İnasio 2022-ci il dünya çempionatının qarşıdakı seçmə mərhələ oyunlarını buraxacaq.

"Report" "cmjornal.pt" saytına istinadən xəbər verir ki, ilk dəfə yığmaya dəvət alan 20 yaşlı müdafiəçi zədələndiyi üçün heyətdən çıxarılıb.

Ölkəsində "Sportinq"in formasını geyinən gənc oyunçu İrlandiya, Qətər və Azərbaycanla matçlarda iştirak edə bilməyəcək. Onun əvəzinə düşərgəyə hələlik yeni futbolçu dəvət olunmayıb.

Qeyd edək ki, sentyabrın 1-də İrlandiyanı qəbul edəcək Portuqaliya seçməsi, 3 gün sonra Qətərlə yoldaşlıq matçında üz-üzə gələcək. Komanda sentyabrın 7-də isə Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi