Portuqaliya yığması millimizlə matçdan əvvəl ciddi problemlə üzləşdi

Portuqaliya yığması millimizlə matçdan əvvəl ciddi problemlə üzləşdi Futbol üzrə Portuqaliya yığması dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə keçirəcəyi oyundan əvvəl problemlə üzləşib.
Futbol
28 Yanvar , 2021 09:49
Portuqaliya yığması millimizlə matçdan əvvəl ciddi problemlə üzləşdi

Futbol üzrə Portuqaliya yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə keçirəcəyi oyundan əvvəl problemlə üzləşib.

"Report"un məlumatına görə, bu, yığmaya İngiltərə Premyer Liqası klublarından cəlb olunan oyunçuların geri dönüşdə karantinə alınacaqları ilə əlaqədardır.

Portuqaliya koronavirus pandemiyasının geniş yayıldığı ölkələrdən sayılır və "qırmızı siyahı"da yer alıb. Böyük Britaniya hökumətinin qəbul etdiyi qərara əsasən, İngiltərədən Portuqaliyaya gedəcək şəxslər öz klublarına qayıdarkən, hoteldə 10 gün məcburi karantində qalmalıdır.

Hazırda İngiltərə Premyer Liqasında 18 portuqaliyalı oyunçu var. Onlardan 10-u 2020-ci il noyabrın 17-də səfərdə Xorvatiyanı 3:2 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının oyununda iştirak edib.

Qeyd edək ki, martın 24-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi