Portuqaliya - Almaniya oyununda rekord və antirekordlar

Portuqaliya - Almaniya oyununda rekord və antirekordlar Futbol üzrə Avropa çempionatının F qrupunda keçirilmiş Portuqaliya - Almaniya oyununda rekord və antirekordlar qeydə alınıb.
Futbol
933
19 İyun , 2021 22:21
Portuqaliya - Almaniya oyununda rekord və antirekordlar

Futbol üzrə Avropa çempionatının F qrupunda keçirilmiş Portuqaliya - Almaniya oyununda rekord və antirekordlar qeydə alınıb.

"Report"un məlumatına görə, bu, iki avtoqolun qeydə alındığı ilk matç kimi Avropa çempionatlarının tarixinə düşüb. İndiyədək final mərhələlərində bir oyunda iki avtoqol vurulmayıb. Portuqaliyanın heyətində 35-ci dəqiqədə Ruben Diaş, 4 dəqiqə sonra isə Rafael Gerreyru topu öz qapısından keçirib.

Beləliklə, AVRO-2020-dəki avtoqol sayı 5-ə çatıb. Bu da antirekord hesab edilir. Son olaraq AVRO-2016-da futbolçular 3 dəfə topu öz qapılarına vurub.

Almaniya yığmasının 3-cü qoluna imza atan Kay Haverts isə tarixə düşüb. İngiltərənin "Çelsi" klubundan yığmaya çağırılmış hücumçu millinin heyətində qitə çempionatında fərqlənən ən gənc oyunçu olub. O, 22 yaş 8 günündə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, qarşılaşma Almaniyanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi