"Portu" Portuqaliya Kubokunun qalibi olub

"Portu" Portuqaliya Kubokunun qalibi olub Koimbrdə "Syudad-di-Koimbra" stadionunda 2019/2020 mövsümü üzrə "Benfika" - "Portu" komandaları arasında Portuqaliya Kubokunun final matçı olub.
Futbol
1136
2 Avqust , 2020 01:56
Portu Portuqaliya Kubokunun qalibi olub

Koimbrdə "Syudad-di-Koimbra" stadionunda Portuqaliya Kubokunun 2019/2020 mövsümü üzrə "Benfika" - "Portu" komandaları arasında final matçı olub.

“Report” xəbər verir ki, qarşılaşma “Portu”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Portu” matçın 37-ci dəqiqəsində azlıqda qalıb. Hücumçu Luis Dias ikinci sarı vərəqədən sonra meydandan qovulub. Serjio Konseysaunun komandası rəqibin sayca üstünlüyünə baxmayaraq, müdafiəçi Şansel Mbembanın qolu sayəsində ikinci hissənin əvvəlində hesabda irəli çıxmağa müvəffəq olub. 11 dəqiqə sonra Mbemba dubl edib.

Oyunun sonunda “Benfika”nın hücumçusu Vinisius Morais penaltini dəqiq reallaşdıraraq hesabda fərqi azaldıb.

"Portu" 17-ci dəfə Portuqaliya Kubokunun qalibi olub. "Əjdahalar" indi titulların miqdarına görə "Sportinq" ikinci yeri bölüşürlər.