Polşanın daha bir klubu Mahir Emreli ilə maraqlanır

Polşanın daha bir klubu Mahir Emreli ilə maraqlanır Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelini heyətinə qatmaq istəyən daha bir Polşa klubunun adına aydınlıq gəlib.
Futbol
22 Yanvar , 2021 11:02
Polşanın daha bir klubu Mahir Emreli ilə maraqlanır
Mahir Emreli

Polşanın daha bir klubu Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelini heyətinə qatmaq istəyir.

"Report"un məlumatına görə, yüksək liqa təmsilçilərindən "Rakuv" 24 yaşlı hücumçu ilə maraqlanır.

Daha əvvəl Polşanın “Zaqlembe” klubu Emreli üçün təklif göndərib. Lakin forvard 200 min avro məvacib istədiyi üçün keçid gerçəkləşməyib.

Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la bu ilin yayınadək müqaviləsi var. "Rakuv" isə Polşa Ekstraklasasında 14 turdan sonra 28 xalla 2-ci pillədə qərarlaşıb. Çenstoxova şəhərinin komandası ilk mövqedəki Varşava "Legiya"sından 1 xal geri qalır.

Son xəbərlər

Orphus sistemi