"Baş məşqçimiz Miloş Stempinski taktikanı çox yaxşı bilən mütəxəssisdir. Güclü komandalarla oynamaq daha asandır. Belədə təzyiq az olur".
"Report"un məlumatına görə, bu fikirləri qadınlardan ibarət Polşa millisinin məşqçisi Nina Patalon AVRO-2021-in seçmə mərhələsinin D qrupunda Azərbaycan, Moldova və İspaniya ilə keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
34 yaşlı mütəxəssis hər 3 qarşılaşmanın çətin keçəcəyini bildirib: "Əvvəlcə inanmalıyıq ki, qarşıdakı matçlarda yaxşı oynaya bilərik. Əvvəlki görüşlərdə əlimizdən gələni etmişik. Bu dəfə də nəticədən asılı olmayaraq rəqiblərimizə qarşı inamlı mübarizə aparmalıyıq. Özümüzü döyüşə girmiş kimi hiss edəcəyik. Bu cür oyunlar növbəti qələbələr üçün zəmin yaradacaq".
Qeyd edək ki, oktyabrın 23-də keçiriləcək Polşa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.