"Napoli"nin hücumçusu "Marsel"ə keçir

"Napoli"nin hücumçusu "Marsel"ə keçir İtaliya "Napoli"sinin futbolçusu Arkadiuş Milikin Fransa "Marsel"inə keçidinin detalları açıqlanıb.
Futbol
18 Yanvar , 2021 17:53
Napolinin hücumçusu Marselə keçir
Arkadiuş Milik

İtaliya "Napoli"sinin futbolçusu Arkadiuş Milikin Fransa "Marsel"inə keçidinin detalları açıqlanıb.

"Report"un məlumatına görə, italiyalı jurnalist Nikola Skira tvitter hesabından polşalı futbolçunun Liqa 1 təmsilçisi ilə 2025-ci ilədək müqavilə bağlayacağını yazıb.

O bildirib ki, 27 yaşlı forvard yanvarın 19-da tibbi müayinədən keçdikdən sonra rəsmi sözləşməyə imza atacaq.

"Napoli" bu keçiddən 8 milyon avro qazanacaq. Həmçinin Neapol təmsilçisinə bonus kimi əlavə 3 milyon avro da ödənilə bilər.

Qeyd edək ki, Arkadiuş Milikin adı cari mövsüm üçün "Napoli"nin iştirak ərizəsinə salınmayıb.

Son xəbərlər

Orphus sistemi