Polşalı futbolçu Ukrayna üçün təcili tibbi yardım maşını alıb

Polşalı futbolçu Ukrayna üçün təcili tibbi yardım maşını alıb Polşa millisinin və İtaliyanın "Benevento" klubunun futbolçusu Kamil Qlik Ukraynaya dəstəyini davam etdirir.
Futbol
14 Mart , 2022 20:53
Polşalı futbolçu Ukrayna üçün təcili tibbi yardım maşını alıb

Polşa millisinin və İtaliyanın "Benevento" klubunun futbolçusu Kamil Qlik Ukraynaya dəstəyini davam etdirir.

"Report" xəbər verir ki, 34 yaşlı müdafiəçi Rusiyanın hücumu nəticəsində dağıntılara məruz qalmış bölgələrdən ağır xəstəliyi olan uşaqların Polşaya təxliyəsi üçün təcili tibbi yardım maşını alıb.

Təcrübəli oyunçu bu barədə mətbuata açıqlama verməsə də, Ukrayna xalqına köməyini əsirgəmir.

Bildirilib ki, müharibə bitdikdən sonra nəqliyyat vasitəsi müvafiq səhiyyə idarəsinə təhvil veriləcək.

Son xəbərlər

Orphus sistemi