Polşa yığmasının qapıçısı da koronavirusa yoluxdu

Polşa yığmasının qapıçısı da koronavirusa yoluxdu Testin cavabı isə müsbət olub
Futbol
27 Mart , 2021 15:20
Polşa yığmasının qapıçısı da koronavirusa yoluxdu

Polşa millisinin qapıçısı Lukaş Skorupski futbol üzrə dünya çempionatının Andorra ilə seçmə oyunu ərəfəsində koronavirusa yoluxub.

"Report"un məlumatına görə, İtaliya "Bolonya"sından dəvət almış 30 yaşlı oyunçu özünü martın 25-də narahat hiss edib. O, test nəticələri çıxanadək komandadan təcrid olunub. Testin cavabı isə müsbət olub.

Daha əvvəl İngiltərə "Lids"indən çağırılmış yarımmüdafiəçi Mateuş Klixin də eyni səbəbdən komandaya kömək edə bilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, Polşa yığması Andorra ilə martın 28-də Varşavada üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi