Polşa yığmasının baş məşqçisi istefaya göndərildi

Polşa yığmasının baş məşqçisi istefaya göndərildi Futbol üzrə Polşa millisi baş məşqçisi Yeji Brjeçeklə yollarını ayırıb.
Futbol
162
18 Yanvar , 2021 16:42
Polşa yığmasının baş məşqçisi istefaya göndərildi
Yeji Brjeçek

Futbol üzrə Polşa millisi baş məşqçisi Yeji Brjeçeklə yollarını ayırıb.

"Report" Polşa Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəsis istefaya göndərilib.

Qurumun sözçüsü Yakup Kvyatkovski Brjeçekin istefasının səbəbini açıqlamaqdan imtina edib: "İki ildən çox işlədiyi üçün ona minnətdarıq. Hazırda nə olacağı barədə düşünəcəyik. Dünya çempionatının seçmə mərhələsinə iki ay qalıb".

Qeyd edək ki, Yeji Brjeçek 2018-ci ilin avqustundan Polşa seçməsinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi