Polşa millisinin sabiq müdafiəçisi: "Mahir Emreli daim qol vurmalıdır"

Polşa millisinin sabiq müdafiəçisi: "Mahir Emreli daim qol vurmalıdır" "Ümid edirəm ki, Tomaş Pexart "Legiya"ya kömək edə biləcək. Çünki komandaya standart vəziyyətlər zamanı başla oynamağı bacaran hücumçu lazımdır. Ola bilsin, çexiyalı forvard zədədən sonra komandanın oyununa çox şey qatacaq".
Futbol
20 Noyabr , 2021 09:33
Polşa millisinin sabiq müdafiəçisi: Mahir Emreli daim qol vurmalıdır

"Ümid edirəm ki, Tomaş Pexart "Legiya"ya kömək edə biləcək. Çünki komandaya standart vəziyyətlər zamanı başla oynamağı bacaran hücumçu lazımdır. Ola bilsin, çexiyalı forvard zədədən sonra komandanın oyununa çox şey qatacaq".

"Report"un məlumatına görə, bu fikirləri Polşa millisinin sabiq futbolçusu Marek Yuzvyak "Legiya"nın hücum xəttindəki problemlər barədə "Sport Express" nəşrinə müsahibəsində deyib.

Azərbaycan millisinin forvardı Mahir Emrelinin çıxışına da toxunan veteran müdafiəçi onun sabit oyun göstərməli olduğunu bildirib: "O, daim qol vurmalıdır. Yoxsa nəzərə çarpmayacaq".

Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi