Polşa millisinin baş məşqçisində koronavirus aşkarlanıb

Polşa millisinin baş məşqçisində koronavirus aşkarlanıb Futbol üzrə Polşa millisinin baş məşqçisi Paulu Souza koronavirusa yoluxub.
Futbol
27 Oktyabr , 2021 17:30
Polşa millisinin baş məşqçisində koronavirus aşkarlanıb
Paulu Souza
0 : 00
0 : 00

Futbol üzrə Polşa millisinin baş məşqçisi Paulu Souza koronavirusa yoluxub.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin ilk testi müsbət nəticələnib.

Portuqaliya baş məşqçi infeksiyanın tam təsdiqlənməsi üçün ikinci dəfə test verib. Hələlik onun nəticəsi bəlli deyil.

Qeyd edək ki, Polşa yığması noyabrda 2022-ci il dünya çempionatının seçmə mərhələ matçlarında Andorra və Macarıstanla üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi