Polşa millisindən istefa verən baş məşqçi təzminat ödəyəcək

Futbol
  • 29 dekabr, 2021
  • 19:46
Polşa millisindən istefa verən baş məşqçi təzminat ödəyəcək

Polşa Futbol İttifaqı milli komandanın baş məşqçisi Paulu Souza ilə yollarını ayırıb.

"Report"un məlumatına görə, bu barədə qurumun prezidenti Çezare Kuleşa özünün tviter səhifəsində yazıb.

Funksionerin sözlərinə görə, daha əvvəl müqaviləni birtərəfli şəkildə pozan portuqaliyalı mütəxəssis federasiyaya təzminat ödəyəcək.

Qeyd edək ki, Paulu Souza bundan Braziliyanın "Flamenqo" klubuna rəhbərlik edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti