Polşa klubunun futbolçusu Azərbaycan millisinə dəvət alıb

Polşa klubunun futbolçusu Azərbaycan millisinə dəvət alıb Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Anton Krivotsyuk Azərbaycan milli komandasına dəvət alıb.
Futbol
10 Mart , 2022 09:38
Polşa klubunun futbolçusu Azərbaycan millisinə dəvət alıb
Anton Krivotsyuk

Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Anton Krivotsyuk Azərbaycan milli komandasına dəvət alıb.

"Report" Plotsk təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Malta və Latviya ilə yoldaşlıq oyunlarına yollanacaq.

2019-cu ildən əsas millidə çıxış edən Krivotsyuk 24 matçda meydanda olub. O, "Visla"ya ötən yay "Neftçi"dən keçib.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Malta Milli stadionunda yerli yığma ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi