Polşa klubunun baş məşqçisindən Mahir Emreli açıqlaması

Polşa klubunun baş məşqçisindən Mahir Emreli açıqlaması Mahir Emrelinin mümkün transferi hələ də Polşanın "Rakuv" klubunun gündəmindədir
Futbol
17 Fevral , 2021 18:09
Polşa klubunun baş məşqçisindən Mahir Emreli açıqlaması

"Qarabağ"ın futbolçusu Mahir Emrelinin mümkün transferi hələ də Polşanın "Rakuv" klubunun gündəmindədir.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Marek Papşun TVP SPORT-a müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan millisinin də formasını geyinən 24 yaşlı forvardın məsələsi indi də aktualdır: "Mən belə düşünürəm. Amma siyahımızda 8-9 hücumçunun adı var. Odur ki, hər şey mümkündür".

Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la müqaviləsi bu ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi