Polşa klubu Azərbaycan millisinin futbolçusunun transferini rəsmən açıqlayıb

Futbol
  • 24 fevral, 2025
  • 15:23
Polşa klubu Azərbaycan millisinin futbolçusunun transferini rəsmən açıqlayıb

Polşanın "Radomyak" komandası Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yaylb.

25 yaşlı forvardla müddəti sonradan uzatmaq şərti ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Radomyak"da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir. Komanda hazırda Polşa çempionatında 22 turdan sonra 24 xalla 18-ci sırada qərarlaşıb.

44 filmi