Polşa klubu Azərbaycan millisinin futbolçusunun maaşını ödəyə bilmir

Polşa klubu Azərbaycan millisinin futbolçusunun maaşını ödəyə bilmir Polşanın "Visla" (Plotsk) klubunun Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuka borcu var
Futbol
3 Mart , 2022 11:42
Polşa klubu Azərbaycan millisinin futbolçusunun maaşını ödəyə bilmir

Polşanın "Visla" klubunun Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuka borcu var.

"Report" "Weszlo" nəşrinə istinadən xəbər verir ki, Plotsk təmsilçisi maliyyə problemi üzündən bir neçə oyunçunun maaşını ödəyə bilmir.

Klub yaydığı bəyanatda 24 yaşlı müdafiəçi ilə yanaşı, bir neçə futbolçunun maaşlarında gecikmələrin olduğunu təsdiqləyib. "Visla" oyunçulara yalnız son ayın ödənişlərinin verilmədiyini bildirib. Buna baxmayaraq, matçlar üçün bonusların vaxtlı-vaxtında ödənildiyi diqqətə çatdırılıb.

Bundan əlavə, nəşr Jorjinyo, Kristian Vallo və Krivotsyukun transferinin klubu maddi cəhətdən çətin duruma saldığını iddia edib. Lakin "Visla" bununla razılaşmayıb və Jorjinyonu icarəyə götürdüklərini, məvacibini isə müqavilə ilə məxsus olduğu Bolqarıstan "Ludoqorets"inin ödədiyini bildirib. Plotsk təmsilçisi Krivotsyukun azad agent kimi transfer olunduğunu, Vallonun isə ucuz qiymətə alındığını diqqətə çatdırıb.

Qeyd edək ki, Anton Krivotsyuk Plotsk "Visla"sına ötən yay "Neftçi"dən keçib.

Son xəbərlər

Orphus sistemi